Paşayevlər Naxçıvan klanını sarsıdıb

m aliyeva-atasiKəmaləddin Heydərov əks-qütbə keçib; Hakim ailə 2013-lə bağlı bir neçə dəfə toplaşıb

Hakimiyyətdəki əsas qruplaşmalardan olan Paşayevlərin 2013-cü ildə keçiriləcək prezident seçkisi ilə bağlı toplantı keçirməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, həmin toplantıda əsasən Paşayevlərin seçkidə öz namizədləri ilə iştirak etmək məsələsi müzakirə mövzusu olub. Həmçinin qeyd etmişdik ki, toplantıda eks-prezident Ayaz Mütəllibov da iştirak edib və o, Hafiz Paşayevlə yanaşı əyləşib.
Dünən aldığımız məlumat görə, bu, Paşayevlərin birinci toplantısı olmayıb. Bundan əvvəl də bir neçə toplantı keçirilib. Bütün yığıncaqlarda isə 2013-cü il seçkisi ilə bağlı müzakirələr aparılıb. Bu isə onu göstərir ki, Paşayevlər 2013-cü il seçkisi ilə bağlı iddialarından geri çəkilmək niyyətində deyillər. Bu arada Almaniya və Ingiltərə mətbuatında Paşayevlərin namizəd gördüyü şəxs barədə reklam hüquqi ilə təbliğat materiallarının yerləşdirilməsi də diqqətdən qaçmır. Paşayevlərin artıq beynəlxalq səviyyədə təbliğata başlamaları 2013 planlarının tərkib hissəsi hesab edilir.     
Məlumatlarda o da deyilir ki, Paşayevlər əsas rəqibləri Naxçıvan qruplaşmasını da əməllicə sarsıda bilib. Bildirilir ki, bu qruplaşmasının əsas simalarından sayılan fövqəladə hallar naziri Kəmaləddin Heydərov artıq Paşayevlərə dəstək ifadə edir. Beynəlxalq mediada Paşayevlərinin namizədinin təbliğat kampaniyası da “fövqəlnazir”in təşkil etdiyi bildirilir.

Informasiya şöbəsi