Oliqarxın qohumları klinikaya hücum çəkdi

Bakıda fəaliyyət göstərən məşhur klinikaların birinə silahlı basqın olub. Hadisə 4 gün əvvəl baş verib. Bu barədə redaksiyamıza daxil olan xəbərdə deyilir ki, basqını hakimiyyətdəki məmur oliqarxlardan birinin qohumları edib.
Bildirilir ki, həmin oliqarxın 36 yaşlı xanım qohumu uşaq dünyaya gətirmək üçün klinikaya yerləşdirilib. Bu qadının 3-cü övladı imiş. Lakin həmin ana, həm də uşaq dünyasını dəyişib. Oliqarxın qohumları isə bunu həkimlərin məsuliyyətsizliyinin nəticəsi hesab edərək klinikaya silahlı hücum çəkiblər. Lakin sonradan onları sakitləşdirə biliblər.
Klinikanın, oliqarxın, dünyasının dəyişən qadının adı da bizə bəllidir. Lakin xəbər redaksiyamıza gec daxil olduğundan dəqiqləşdirmələr apara bilməmişik. Bu baxımdan hələlik təfərrüatları yazmırıq. Mövzunu davam etdirəcəyik.

Informasiya şöbəsi