Emin Müsəvi öz istəyi ilə kanaldan ayrıldığını deyir
AZXEBER.COM-un məlumatına görə, Azad Azərbaycan Teleradio Şirkətinin tanınmış simalarından biri Emin Musəvi işdən ayrılıb. Emin Musəvi sayta açıqlamasında öz istəyi ilə belə bir qərara gəldiyini bildirib:“Öz istəyimlə şirkəti tərk etdim. Hələlik heç bir açıqlama vermək fikrim yoxdur”.
Emin Musəvi televiziya sahəsində qalıb-qalmayacağına da aydınlıq gətirib: “Mənim hələki bu sahhədə bir sıra işlərim var. Parallel olaraq tam fərqli sahədə də çalışıram. Ancaq bütövlükdə bundan sonra hansı sahədə çalışacağımı tam dəqiqliyi ilə deyə bilməyəcəyəm”.
Qeyd edək ki, E. Musəvi əvvəllər “Space” Telekanalında aparıcı kimi çalışıb. 1999-2000-ci illərdə Azad Azərbaycan Telekompaniyasının ilk əməkdaşlarından olub. 2004-cü ildə ATV-nin 106.3 FM radiosu yaranandan bəri burada fəaliyyətini davam etdirib və 8 il radioda çalışıb. Eyni zamanda ATV-də “Rəsmilər qeyri-rəsmi”, “22ci saat” kimi müəllif verilişləri hazırlayıb.