Salyanda kütləvi narazılıq

İcra hakimiyyəti daşqından ziyan çəkənlərin problemlərinə məhəl qoymur

Salyan rayonunda 2010-cu il daşqınından ziyan çəkənlər hakimiyyətin vəd etdiyi yardımı ala bilmir. “Sonuncu dəfə FHN komissiyası bu ilin mart ayında 200 ev təsərrüfatına baxış keçirib və 150 evin sahibinə yardım etməyi vəd edib, amma heç nə edilməyib”, deyə yerli hüquq müdafiəçisi, “Demokratiya naminə” ictimai birliyinin rəhbəri Emil Məmmədov Turan agentliyinə bildirib.
Yerli hakimiyyət daşqının nəticələrinin aradan qaldırılmasında bu fasiləni rayon icra hakimiyyətində dəyişikliklərlə – fövqəladə hallar şöbələrinin ləğv edilməsi ilə izah edir. Lakin bu dəyişikliklər bir çox zərərçəkmişlərə yardım göstərilməməsinə, mənzillərinin bərpasına nail olmamalarına bəraət ola bilməz.
2010-2011-ci illərdə 200-ə yaxın ev tikilib, bu il isə cəmi 2 ev tikilir, yəni işlər demək olar ki, dayanıb.
“Insanlar tez-tez soruşur:”Pullar haraya gedib?” və heç kim yarım milyard manatın haraya xərcləndiyini bilmir, çünki daşqın zonasında görülən işlərin həcmi çox kiçikdir”.
Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, iyulun 2-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündən sonra yerli hakimiyyət QHT-lərlə əlaqələri tamamilə kəsiblər. Bu halda vətəndaş fəalları artmaqda olan sosial gərginliyin azaldılması üçün çox az şey edə bilər, deyə Məmmədov qeyd edib.