Qırğızıstan prezidenti hökuməti buraxdı

Qırğızıstan prezidenti Almazbek Atambayev hökuməti istefaya göndərib. Prezident hakim parlament koalisiyasının dağılmasından sonra belə qəra verib. Əlavə edək ki, 2011-ci ildə yaradılan hakim koalisiyaya Ata Məkan, Sosial Demokrat, Ar-Namus və Respublika partiyaları daxil idi.

Koalisiyanın parçalandığı avqustun 22-də elan olunub. Alyansın sıralarını tərk edən Ata Məkan və Ar-Namus partiyaları qərarlarını hökumət başçısı ilə fikir ayrılığına bağlayıblar. Prezidentin 24 avqust fərmanına görə, yeni Nazirlər Kabineti formalaşana qədər baş nazir Ömürbek Babanov da daxil olmaqla əvvəlki hökumət öz səlahiyyətlərini icra edəcək.