“Barselona” elə həmən “Barsa”dır

“Real Madrid” “Nou Kamp”dan məğlub döndü

İspaniya Superkuboku uğrunda ilk matçda Barselonanın “Nou Kamp” stadionunda “Barselona” komandası “Real Madrid”-ə 3:2 hesabı ilə qalib qəlib. Meydan sahiblərinin üstünlüyü ilə keçən oyunun birinci hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan kral klubu 57-ci dəqiqədə hesabı açıb. Məsud Özilin künc zərbəsindən ötürdüyü topu Ronaldu başla qapıya gömdərib. Ancaq komandanın sevinci uzun sürməyib. Cəmi bir dəqiqə sonra “barsalı” Pedro hesabı bərabərləşdirib.

70-ci dəqiqədə isə katalonların İniyesta ilə qazandığı 11metrlik cərimə zərbəsini Messi qola çevirib. “Barsa”lılar üçüncü qolu 78-ci dəqiqədə vurublar. İniyestanın ötürməsini Havi dəqiq zərbə ilə qapıya göndərib.

Oyunun son 80-ci dəqiqələrində “Barselona” hesabı 4:1-ə çatdırmaq imkanında olub, lakin Kassiliyas komandasını növbəti qoldan xilas edib. Əvəzində əks-hücumda yaxalanan katalonların qapıçısı Valdesin aşkar səhvi üzündən Di Maria hesab arasındakı fərqi azalda bilib – 3:2.

Oyun bu hesabla da başa çatıb.

Cavab matçı Madridin “Santyaqu Bernabeu” stadionda avqustun 30-da keçiriləcək.