Nyu Yorkun mərkəzində atışma

2 ölü, 10 yaralı

ABŞ-ın Nyu-York şəhərində məşhur Empire State binasının önündə odlu silahdan açılan atəş nəticəsində bir nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Polis atəş açan şəxsi silahla vuraraq öldürüb. “Associated Press” şəhərin Yanğınsöndürmə Departamentinə istinadən bildirib ki, insidentə 8 nəfər cəlb olunub, ancaq onlar arasında atəşə məruz qalmayanlar da var.

Şahidlərdən biri “Fox 5” telekanalına deyib ki, onun yanında duran bir qadın ayaq nahiyəsindən güllə yarası alıb və silahlı şəxs konkret hədəf seçmədən hamıya atəş açırdı.
“CNN” hadisə şahidlərinə istinadən silahlı şəxs digər bir nəfəri isə başında vurub.

Məlumata görə, Empire State binasının mühafizəçiləri polisin müşayiəti ilə qatilə atəş açaraq onu öldürüb. “CNN və “Reuters” hüquq-mühafizə orqanlarıba istinadən bildirir ki, hücum terror mahiyyəti daşımayıb.