“Onun xərçəng olduğu barədə yaxınlarına məlumat vermədik”
“Nə Heydər Əliyev, nə də onun Ankaradakı səfiri Elçibəyin durumu ilə bir dəfə də olsa maraqlanmadı; Bakıya göndərdiyim doktor hönkür-hönkür ağlayırdı”
Türkiyənin Ankara Eyitim və Araşdırma xəstəxanasının 1999-cu ildə baş həkimi olmuş, Əbülfəz Elçibəyin müalicəsinə rəhbərlik etmiş professor Nüsret Akyürek ilk dəfə olaraq Əbülfəz Elçibəyin xəstəxanada son günləri, onun haqqqında zəhərlənmə iddiaları barədə “BBC Azərbaycanca”ya danışıb. Onunla müsahibəni Ankarada jurnalist İlhamə Qasımlı telefonla aparıb.
Materialı ixtisarla təqdim edirik:
Elçibəyi öncədən təbii ki, tanıyırdım – Azərbaycanın prezidenti olmuş bir şəxs kimi barəsində bilgilərim vardı. Elçibəy rahatsızlandığında Ankara xəstaxanasında baş həkim vəzifəsində çalışırdım.
O dönəmdə Səhiyyə Nazirliyindən məni aradılar və bizim xəstəxanaya gətiriləcəyini bildirdilər. Gətirilirkən rahatsızlığı barədə çox da geniş bilgim yox idi. Təbii ki, önəmli şəxsiyyət olduqu ücün xüsusi hazırlıq görduk. Bir müddət sonra Ankara xəstəxanasına gətirildi. İlk saatlardan ictimaiyyətə geniş məlumat verməmək qərara alınmışdı.
Əvvəlcə ümumi sağliq kontrolundan keçirilməsi və xəstəxanaya yatırılması barədə məlumatların yayılmaması barədə qərar verilmişdi. Cünki Elçibəyə görə xəstəxanaya həddən artıq intensiv maraq vardi. Xəstəxana böyuk bir yük altında qalmışdı ziyarətçilərinə görə. Buna görə də ictimaiyyətə Elçibəyin kənarda qaldığı və xəstəxanaya umumi müayinə üçün gəldiyi barədə məlumat yaydıq.
Elçibəy xəstəxanamıza gəldiyində durumu cox pis idi. Yaxşı deyildi. Onun Azərbaycanda saxlandığı şərait və ona gostərilmiş münasibət barədə verilən bilgilər məni çox üzmüşdü. Cünki Elçibəy dünya səviyyəsində bir siyasətçi, ölkə prezidenti olmuş bir şəxs idi. Xəstə durumunda ona göstərilmiş munasibət insan haqlarına da, tibbi tələblərə də zidd idi…
Xərçəng diaqnozu
Müayinələrdən sonra Elçibəyə prostat xərçəngi diaqnozu qoyuldu. Yaxınlarına bu barədə geniş məlumat vermədik. Sadəcə Səhiyyə Nazirliyi və dövlətin ən üst səviyyəli şəxslərinin bilgisi daxilində müalicə aparıldı.
Elçibəy müalicələrin çoxunu qəti şəkildə qəbul etmədi. Çünki iki yöntem vardı – biri cərrahi yöntəm, digəri isə dərmanla müalicə. Dedi ki, müalicənin əlavə təsirləri də var. “Mən xəstəliyimlə özüm mübarizə aparmaq istəyirəm”, dedi.
Halbuki onun xəstəliyi tibbin müasir imkanlari ilə çarəsiz deyildi. Biz düşünməsi üçün ona bir müddət verdik. 45 günə yaxın xəstəxanada onun vəziyyətini müşahidə altında saxladıq. Bu müddətdə ictimaiyyətə geniş bilgi vermədik. Cünki doğrusu o dönəmdə Turkiyə-Azərbaycan münasibətlərinin həssas dövrü idi.
İnsanların kütləvi şəkildə Elçibəyə maraq göstərməsinə baxmayaraq, nə prezident Heydər Əliyev, nə də onun Ankaradakı səfiri bir dəfə də olsa maraqlanmadı Elçibəyin durumu ilə.
Bir muddət sonra onu xəstəxanadan çıxardıq və otelə yerləşdirdik. Otelde bir sıra önəmli görüşlər keçirdi, jurnalistlərə müsahibələr verdi və Azərbaycana döndü.
Azərbaycana qayıdandan sonra
Azərbaycana dönməsindən bir müddət sonra onun səhhətinin ağırlaşması ilə bağlı təkrar xəbər aldıq. Dedilər ki, Elçibəy yenə rahatsızlanıb. Bu xəbəri aldıqdan sonra mən həkim heyəti yaradaraq Azərbaycana göndərdim.
Səhiyyə Nazirliyimizin nəzarəti altında Elçibəy təkrar Türkiyəyə gətirildi. İndiyə qədər yadımdadır, oraya göndərdiyim doktor hönkür-hönkür ağlayırdı. Deyirdi ki, Elçibəyi hava limanında yola salmağa gələn insanlar elə bir basabas salmışdı ki, rəhmətliyi təyyarəyə itələnərək, az qala didişdirilərək mindirdik.
Qısa müddətdə onu çox çətin vəziyyətdə Türkiyəyə gətirdilər. Hava limanından onu ambulansla xəstəxanaya gətirdilər. Vəziyyəti bu dəfə daha da ağırlaşmışdı.
Xəstəliyinə çox təəssüf edirdi. Hər gün onun yanına çıxıb düşürdüm. Gündəlik 16-17 saat onunla keçirirdim.
Onun sağlıq durumu ilə bağlı yeni məlumat tərtib edib səhiyyə sisteminin üst səviyyəli şəxslərinə çatdırdım. Bundan sonra fərqli müalicə üsulu tərtib olunsa da, Elçibəy yenə müalicəni qəbul etmədi və qəti şəkildə dedi ki, heç bir müalicəni qəbul etməyəcək.
Vəfat xəbəri
Onun qidalanma sistemi pozulduğu ucun ağır infeksiyaya da yoluxdu. Turk Silahlı Qüvvələrinin Gülhanə Tibb Akademiyasında (GATA) müalicə arzusunu bildirdi.
Onu GATA-ya köçürdük. Oraya köcürülsə də, onun yanında qalmamı istəyirdi. Ona gorə hər gün səhər və axşam gedib onu ziyarət edirdim.
Sonra vəziyyətinin ağırlaşdığını və səhər 6-6.30 radələrində vəfat etdiyi xəbərini aldım. O zamanın nəqliyyat naziri Enis Öksüzlə GATA-ya getdik. Elçibəyin çox sevdiyi və uzun illərdən bəri dostu olan Veli Küçük də xəstəxanaya gəlmişdi.
Məni ən çox üzən Elçibəyin xəstəliyi dönəmində Azərbaycan rəhbərlərindən heç kimin onunla maraqlanmaması idi. Azərbaycanın mustəqilliyi üçün yaşayan və çalışan bir insana dövlətin etinasizlığını mən anlaya bilmirdim.
Zəhərlənmə iddiaları
Mənim Bakıya göndərdiyim doktor Elçibəyin tualeti çöldə olan bir evdə yaşadığını və sidik sondasini ozu taxıb-çixardığını söylədi. Bir sonda bir dəfə istifadə olunmalı olduğu halda o günlərcə eyni sondanı istifadə edib! Bu onun Azərbaycanın sağlıq sistemindən faydalanmadiğını göstərən faktdir!
Onun Azərbaycanda yaşadığı şəraitdə nə ola biləcəyini deyə bilmərəm. Çünki cox şəraitsiz durumda yaşayırdı.
Bizim xəstəxanaya gəldiyində prostat xərçəngi, şəkər xəstəliyi, infeksiya yoluxmasi dioqnozu ilə gəlmişdi. Bizdə ona xidmət edən bütün personal xüsusi seçilmişdi. Onun müalicə olunduğu servisə giriş-cıxış xüsusi nəzarətdə olub. Şəxsən mənim təsdiqlədiyim şəxslərin giriş-cıxışına izn verilirdi. GATA-da da belə bir təhlükənin olmadığına əminəm.
Müalicə xərcləri
Onun müalicəsinin ticari tərəfləri tamamilə Türkiyə dövlətinin və Ankara xəstəxanasının imkanları hesabına ödənmişdi. Azerbaycanın Ankara səfir Elçibəylə qətiyyən maraqlanmamışdı. Yalnız bir dəfə GATA-ya gedib məlumat almışdı.
Mən tarixi bir şahid olaraq söyləyə bilərəm ki, bunun xaricində Azərbaycanın səlahiyyətli şəxslərinin maddi-mənəvi dəstəyini görmədim.
Müalicə ilə bağlı bütün məsrəflər Türkiyə dövlətinin – Səhiyyə Nazirliyinin Ankara xəstəxanasına verdiyi direktivlərlə və onu sevən dostlarının yardımı ilə qarşılanmışdı.