Tanınmış vəkil Aslan İsmayılov avqustun 21-də Almaniya Bundestaqında görüş keçirib. Bu barədə “Azadlıq”a vəkilin özü məlumat verib. Onun sözlərinə görə, bunun ardınca “Sərhədsiz Reportyorlar” Təşkilatının düzənləndiyi tədbirdə çıxış edib.”100-dən artıq Almaniya jurnalisti, QHT nümayəndələri və deputatların iştirak etdiyi tədbirdə Bundestaqdakı görüşümlə bağlı da məlumat verdim. Bu tədbirdə Almaniyanın Ombudsmanı Markus Löning, Bundestaqın deputatı Viola von Cramon və digər şəxslərlə görüşüb söhbətləşdik. Həm Bundestaqda həm də digər görüşlərdə Azərbaycanda sahibkarlara qarşı olan basqılardan və mülkiyyət hüquqlarının pozulmasından, konkret olaraq Zülfüqarlı qardaşlarına təzyiqlərlə bağlı məlumat vermişəm. Avqustun 23-də isə bu mövzu ətrafında Almaniyanın Ombudsmanı Markus Löninqlə görüşüb daha ətraflı müzakirə apardım”.
Vəkil sahibkarlara qarşı basqıları beynəlxalq səviyyədə müzakirəyə çıxarıb
•