Saakaşvili üzüm yığımına nəzarət edəcək

Gürcüstan prezidenti Mixail Saakaşvili Kaxetidə üzüm yığımına şəxsən nəzarət edəcək. Yerli mətbuatın yazdığına görə, Gürcüstan lideri üzümü yığım zamanı Kvarilidə yerləşən evində məskunlaşacaq. Mixail Saakaşvili burada üzümlərin şərab emalı zavoduna tədarükünə nəzarət edəcək.

Xatırladaq ki, 19 iyulda Gürcüstanda baş vermiş qasırğa nəticəsində bu ölkədə 16 nəfər xəsarət almış və ölkədə 11 min hektardan artıq üzüm bağına zərər dəymişdi.