Meksikada Xocalı abidəsi ucaldılıb

Avqustun 22-də Meksikanın paytaxtı Mexikoda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin də açılışı keçirilib. Mexikonun Tlakskoake meydanı təmir olunduqdan sonra orada Xocalı abidəsi qoyulub və adı dəyişdirilərək Tlakskoake-Xocalı olub.

Abidənin açılış mərasimində baş nazirin müavini Əli Həsənovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Mexikonun meri Marselo Embrard, senatorlar, deputatlar iştirak ediblər.