Klinik Tibbi Mərkəzdə intihar

Xəstə özünü 5-ci mərtəbədən atıb

Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb. Xəstəxanada müalicə alan, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Rafiq Tofiq oğlu Əbdürrəhmanov xəstəxananın 4-cü korpusunun 5-ci mərtəbəsindən özünü atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharlın səbəbləri hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, R.Əbdürrəhmanov bir neçə gün əvvəl mədə-bağırsaq qanaxması ilə həmin xəstəxanaya daxil olub. Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.