Gül Bişkek səfərindən yarımçıq qayıtdı

Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sammitinə qatılan Türkiyə prezidenti Abdullah Gülün səhhətində problem yaranıb. «Anadolu» agentliyinin verdiyi məlumata görə, bu səbəbdən o, sammiti yarımçıq tərk edərək, Türkiyəyə dönməli olub. A.Gülün qulağında kəskin ağrılar yarandığı bildirilir.

A.Gül sammitin açılış mərasiminə qatılıb. Burada o Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşüb (APA).