Dünyanın ən nüfuzlu qadınları: siyahı açıqlandı

ABŞ-ın “Forbes” jurnalı dünyanın ən nüfuzlu qadınlarının siyahısını açıqlayıb. “Media forum” saytı xəbər verir ki, reytinq cədvəlinə 2011-ci ildə olduğu kimi Almaniya kansleri Angela Merkel başçılıq edir. Siyahının ikinci və üçüncü pillələrini ABŞ-ın dövlət katibi Hillari Klinton və Braziliya prezidenti Dilma Russef tutur.

İlk onluqda sonrakı yerlər belə sıralanır: Bill Qeytsin xanımı Melinda, “Nyu York Tayms” qəzetinin baş redaktoru Cil Abramson, Hindistanın sabiq baş naziri Raciv Qandinin dul xanımı Soni Qandi, ABŞ-ın birinci ledisi Mişel Obama, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristina Laqard, ABŞ-ın daxili işlər naziri Canet Napolitano, “Facebook” sosial şəbəkəsinin əməliyyat direktoru Şeril Sendberq.