ABŞ Rusiyanı Orta Asiyadan sıxışdırır

Vaşinqton bölgədə nəhəng hərbi baza yaratmağı planlaşdırır

ABŞ və Rusiya arasında Orta Asiyada söz sahibi olmaq uğrunda mübarizə Vaşinqtonun mütləq üstünlüyü ilə davam edir. “Kommersant” qəzetinin yazdığına görə, amerikalılar Özbəkistan hökuməti ilə bu ölkədə ABŞ hərbi gücünün möhkəmləndirilməsi üçün danışıqlara başlayıb. Rusiya isə Qırğızıstanla əlaqələrin yaxşılaşdırılmasında aktivlik göstərir. ABŞ bu işdə də Rusiyaya rəqib olmağı düşünür. Qırğızıstan da öz növbəsində ABŞ-la da əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Qəzet yazır ki, Vaşinqtonla Düşənbə arasında danışıqlar Özbəkistanda ABŞ-a aid Operativ Addımlar Mərkəzinin yaradılması məqsədiylə gedir. Bu mərkəzin faktiki olaraq müəyyən müddətdən sonra ABŞ-ın hərbi bazası halına gətirilməsi planlaşdırılır. İlkin mərhələdə sözügedən mərkəz bölgədə baş verəcək fövqəladə hallara nəzarət üçün nəzərdə tutlub. Mərkəzin texniki bazası NATO-nun Əfqanıstandakı hərbi texnikası hesabına formalaşdırılacaq. Bir müddətdən sonra həmin texnika Ozbəkistanın ixtiyarına veriləcək. “Kommersant”a danışan diplomatik mənbələr bildirib ki, əslində söhbət ABŞ-ın Orta Asiyadakı nəhəng hərbi bazanın yaradılması ətrafında gedir.