Leyla Əliyeva: “ABŞ-dan qaynaqlanan bu təzyiq Cənubi Azərbaycanın mövqeyini möhkəmləndirmək məqsədi daşıyır”
Elxan Şahinoğlu: “Qərbdə anlayırlar ki, güneyli soydaşlarımızın köməyi olmadan İranda daxildən dəyişiklikləri həyata keçirmək mümkün olmayacaq”
Son vaxtlar Qərb mətbuatında Cənubi Azərbaycanın müstəqillik mübarizəsinin dəstəklənməsi ilə bağlı təkliflər səslənməkdədir. Baxmayaraq ki, buna qədər Qərbi Iranla bağlı planlarında bu məsələyə diqqət ayrılmırdı.
Bu yaxınlarda amerikalı konqresmen Deyn Rorabaher də dövlət katibi Hillari Klintona müraciət edərək Vaşinqtonun bu mübarizəni dəstəkləməsinin vacibliyini bildirib. Bu günlərdə isə Britaniya “Guardian” nəşri də bu məsələyə diqqət ayırmışdı. Qərbin Cənubi Azərbaycan məsələsini gündəmə gətirməsi nəyə hesablanıb?
Politoloq Leyla Əliyeva bunu Irana təzyiq vasitəsi kimi qiymətləndirdi. ABŞ-dan qaynaqlanan bu təzyiq daha çox Cənubi Azərbaycanın mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Qərbin, ABŞ-ın Cənubi Azərbaycan amilinin həqiqətən güclü olduğunu anladığını deyir. Artıq Qərbdə anlayırlar ki, güneyli soydaşlarımızın köməyi olmadan Iranda daxildən dəyişiklikləri həyata keçirmək mümkün olmayacaq. Iran hakimiyyətinə qarşı ən cəsarətli çıxışları da məhz güneylilər həyata keçirir. Görünür Vaşinqtonda bütün bu amillər hesablanıb və artıq bu məsələyə mövzuya ciddi diqqət ayırmağa başlayıblar.
Fizzə