Göyçay ictimaiyyətindən Əli Kərimliyə dəstək

İctimai Palatanin Göyçay rayon şöbəsinin etiraz bəyanatı

Bakı Şəhər Prokurorluğunda mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Hafiz Hacıyevin irəli sürdüyü iddia əsasında AXCP sədri Əli Kərimliyə qarşı cinayyət işinin başlanması Azərbaycanın bütün regionlarında oldugu kimi Göycay şəhərində də əhali arasında böyük qəzəb və nifrətlə qarşılanıb. Saxta , qondarma və gülünc ittihamlarla Əli Kərimliyə qarşı, qaldırılmış ittihamlar siyasi sifariş olmaqla bərabər, eyni zamanda qarşıdan gələn prezdent seckilərində böyük bir siyasi partiya liderinin seckilərdən şantaj yolu ilə məhrum etmək, ölkədə yaranmış agır vəziyyətdən xalqın diqqətini yayındırmaq məqsədi daşıyır. Əli Kərimli mərhum Əbülfəz Elcibəyin rəhbərlik etdiyi milli azadlıq hərəkatında ən yaxın silahdaşlarından biri olmaqla yanaşı, Ə Elcibəyin sədri oldugu AXCP- nın birincı müavini hakimiyyət dövründə dövlət katibi, Ə.Elcibəyin vəfatından sonra Partiya sədri secilib. Hal- Hazırda AXCP-nın sədri vəzifəsini şərəf və ləyaqətlə təmsil etməklə, Azərbaycan xalqının böyük rəgbət və ehtiramın qazanmışdır. Əli Kərimliyə qarşı dünya praktikasında görünməyən cirkin, iyrənc vasitələr lə böhtan kampaniyası ölkədə qəzəb və nifrətlə, xaricdə demokratik dövlətlərdə isə gülünclə qarşılanır.
Bu cirkin, irənc xarakterli kampaniya Azərbaycan Milli Azadlıq Hərəkatının əvəzsiz lideri, demokratiyanın elcisi, eks-prezdent Əbülfəz Elcibəyin ruhuna hakimiyyət orqanlarının xəyanətidir. Əgər Azərbaycan demokratik bir ölkə olsaydı, müstəqil ədliyyə məhkəmə-prokurorluq sistemi olsaydı Hafiz Hacıyev böhtancılıga görə dərhal həbs olunardı. Bu diktaturanın hökm srdüyü Azərbaycan reallıgıdır. Məhkəmə-Prokurorluq hakimiyyətin girovuna cevirlikməllə siyasi sifarişləri yerinə yetirməyə məhkumdur.
Göycay əhalisinin ziyalılarının mövqeyini əks etdirən ictimayi palata fəalları
1 Respublika prokurorlugundan, hakimiyyət orqanlarından AXCP nın sədri Milli azadlıq hərəkatının öncüllərindən Əbülfəz Elcibəyin ən yaxın silahdaşlarından olan 20 ildə haqsızlıqlara qarşı amansız, barışmaz mövqey əks etdirən Azərbaycan xalqının sevimlisinə cevrilmiş Əli Kərimliyə qarşı bohtan kampaniyasına son qoyulsun. Göycay şəhər ziyalıları siravi vətəndaşları Qarabag müharibə veteranları vətənpərvər siyasi fəallar haqlı olaraq hesab edirlər ki Milli Azadlıq Hərəkatının əvəzsiz lideri demokratiyanın elcisi eks prezdent Əbülfəz E lcibəyin adının Hafiz Hacıyev kimilərin dilinə gətirilməsi Azərbaycan xalqına qarşı hörmətsizlik Ə. .Elcibəyin ruhuna xəyanətdir.
2 Siyası alətə cevrilmiş Hafiz Hacıyev haqqında şər və böhtana görə cinayyət işinin qaldırılmasın tələb edir

ICTİMAİ PALATANIN GÖYÇAY RAYON ŞÖBƏSİ

GÖYCAY. 22 avqust 2012 ci il

İMZALAR
1 Şahverdi Mikayılov – AXCP nın rayon şöbəsinin sədri
2 Əsgərli Niyman – Musavat partiyası
3 Oktay İsgəndərli – Hüquq müdafiəçisi
4 Soltanov Maarif – ACP rayon şöbəsinin sədri
5 Seyidov Tapdıq – Sıravi vətəndaş
6 Soltanov İnqilab – Sıravi vətəndaş
7 Sleymanov Elşən – Hüquq müdafiəcisi
8 Məmmədli Məhəmməd – Qarabag müharibə veteranı
9 Əsgərli – Ceyhun ziyalı

100-ə yaxın vətəndaş imzası