Azərbaycanda islam telekanalı açıla bilərmi?

Nuşirəvan Məhərrəmli: “Dini qurumlar hər hansı telekanalın təsisçisi ola bilməzlər”

Avqustun 19-da Rusiyada ayrıca Islam telekanalı – Al-RTV açılıb. Tanınmış jurnalist Rustam Arifcanovun rəhbərlik etdiyi kanal peyklə bütün ölkə ərazisinə yayınlanmaq imkanına malikdir. Kanalın əsas məqsədi islami dəyərlərin təbliğidir. Qeyd edək ki, Rusiyada əhalinin 14 faizini müsəlman təşkil edir. Bəs müsəlman Azərbaycanda belə bir telekanal açıla bilərmi?
Bu vaxta qədər Azərbaycanda zərərli sektaların fəaliyyət göstərməsi ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi məlumatlar verilib. güclü təbliğatla məşqul olan bu sektalar hətta ədəbiyyatı da pulsuz paylaraq tərəfdar cəlb edir. Belə təşkilatların yaranamasına və yayılması isə iki səbəblə izah edilir. Birincisi, ölkədəki sosial-iqtisadi durum. Təsadüfi deyil ki, bu sektalara adətən həyat səviyyəsi aşağı olan şəxslər cəlb edilir. Bunun müqabilində isə onlara müəyyən ödənişlər də edilir. Digər bir səbəb kimi isə ölkədə dini maariflənmənin lazımı səviyyədə olmamasıdır. Məhz bu səbəbdən də Azərbaycanda dini telekanalın açılaması zəruri yarana bilər. Əgər belə bir müraciət olsa, ölkədə dini telekanal fəaliyyətə başlaya bilərmi?
Ilahiyyatçı Elşad Miri “Azadlıq” radiosuna açıqlamasında, Rusiyadan fərqli olaraq Azərbaycanda ayrıca Islam telekanalının açılmasını mümkün hesab etmir. Bunun əsas səbəbi isə ölkədəki müsəlman icmaları arasında dözümlülüyün az olmasıdır. Azərbaycanda müsəlmanlar başqa dinlərə dözümlü yanaşsalar da, biri-digərinin məzhəbinə, təriqətinə çox dözümsüzdür. Birinin Islam anlayışı o biri tərəfindən qəbul edilmir. Digər tərəfdən Azərbaycanda elə kadrlar yoxdur ki, bütün müsəlmanları qane edəcək söhbətlər eləsin.
Milli Televiziya və Radio Şurasının sədriÿNuşirəvan Məhərrəmlinin sözlərinə görə isə Televiziya və Radio Yayımı haqqında qanuna görə, dini qurumlar hər hansı telekanalın təsisçisi ola bilməzlər. Ancaq əgər qeyri-dini qurum müraciət edib dini televiziya kanalı açmaq istəsə, bu məsələyə tamimilə fərqli yanaşmaq lazımdır.

Fizzə