İrəvanın Tehran rejimi ilə yaxınlığı Vaşinqtonun qəzəbinə səbəb olub
Nüvə fəaliyyətindən dolayı beynəxalq sanksiyalarla üzləşən İran bank fəaliyyətini Ermənistanda genişləndirməyi planlaşdırır. Bu barədə məlumat yayan “Reuters” agentliyinin 21 avqsutda tarixli məqaləsində bildirilir ki,. İran Qərb ölkələri beynəlxalq təzyiqlərlə üzləşəndə Ermənsitanda olan marağını artırır. İranla sıx əlaqələri olan və Avropa Birliyi ilə daha yaxın münasibətlərin yaradılması üçün çalışan Ermənistan Tehran rejiminin nüvə proqramının genişlənməsini əngəlləməyə çalışan Qərbi aldatmağın yollarını asanlaşdırır.
Agentlik qeyd edir ki, Ermənistanın vəzifəli şəxsləri İranla qeyri-qanuni bank əlaqələrinin olduqlarını etiraf etmirlər. Lakin buna baxmayaraq amerikalı məmurlar onları maliyyə nəzarətinin artırılacağı ilə bağlı xəbərdarlıq ediblər. Bu yaxınlarda Vaşinqton məsələ ilə bağlı narahatlğını Ermənistanın rəsmi şəxslərinə bildirib. ABŞ Dövlət Departametinin yüksək vəzifəli məmuru bildirib ki, ABŞ dövlət katibi Hillari Klinton bu ilin iyununda İrəvana səfəri zamanı Serj Sarkisyanla məhz İranla bağlı müzakirələr aparıb.