Türkiyənin Şırnak rayonunda 10 əsgər qəzaya düşərək şəhid olub. Onlar BDP-çi millət vəkillərinin İraqla sərhəd kənddə görüşünün təhlükəsizliyini təmin etmək üçün gedimişlər. Qəzada daha 4 əsgər və bir uşaq yaralanıb.
Qəza yerinə gələn ətraf kəndlərin sakinləri əsgərləri xilas etməyə çalışıblar. Sağ qalanlar kənddəki tibb məntəqəsində ilkin yardım göstərildikdən sonra helikopterlə Şırnaqdakı Hərbi Xəstəxanaya aparılıblar.
Şırnak Valisi Vahdettin Özkan qəzada 9 əsgərin və avtobusun sürücüsü olan zabitin şəhid olduğunu, 4 əsgərin isə yaralandığını təsdiqləyib. Qəza vaxtı sürücünün yanında olan 10 yaşındakı oğlu da yüngül xəsarət alıb.