Saakaşvili əhali ilə şərab içdi (VİDEO)

Gürcüstan prezidenti mühafizəçisi olmadan ölkədəki sosial vəziyyəti müşahidə etmək üçün gəzintiyə çıxıb

Gürcüstan prezidenti Mixail Saakaşvili bir neçə dəfə maraqlı davranışları ilə medianın və insanların diqqət mərkəzində olub. Bu yaxınlarda isə gürcü liderin video portallarda yeni bir videosu izlənmə rekordu qırıb. Kadrlarda Saakaşvilinin iki nazirlə birlikdə mülki geyimdə, hətta mühafizəçisi olmadan ölkədəki sosial vəziyyəti müşahidə etmək üçün gəzintiyə çıxdığı görünür.

Gürcü lider aparılan quruculuq yerlərində müşahidələr aparır, əhali ilə söhbətləşir. Küçədə maşınını saxlayıb enərkən insanlar sürpriz qonağı görüb çaş-baş qalırlar. Sonra Saakaşvili yaxındakı kafedə əyləşib əhali ilə şərab da içir, hətta vətəndaşlardan biri Saakaşvilini öpür də. Saakaşvilinin bütün hərəkətləri sosial mediyada maraqla izlənir.