Mixail Fedotov məhkəmə qərarını səhv adlandırıb
Rusiyada kilsələrdən birinə girərək prezident Putinə qarşı etirazlarını bildirdiklərinə görə 2 il həbs cəzası alan “Pussy Riot” qrupunun üzvlərinin cəzalandırılması etirazlara səbəb olub.
Putinin insan haqları üzrə müşaviri Mixail Fedotov gənc qızların həbsini öisləyib. Yerli məhkəmənin 3 ifaçı barədə çıxardığı qərarı, ölkənin məhkəmə sistemində səhv qərar kimi xarakterizə edən müşavir, bu qərarın tezliklə yuxarı instansiyalar tərəfindən ləğv ediləcəyinə ümid etdiyini bildirib.
“Interfax” agentliyinin xəbərinə görə, Fedotov məşhur rokçuların həbsini səhv addım kimi qiymətləndirib. Mixail Fedotov həmçinin bildirib ki, rokçuların ittiham edildiyi “küfr etmə” maddəsi 19-cu əsrdə məhkəmələrdə mövcud olub. Hazırda yerli qanunvercilikdə belə bir maddə yoxdur və rok ifaçılarının həbsi qanunsuzdur.