Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilir.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma baş tutacaq. Azərbaycanlı azarkeşlər üçün ən çox maraqla gözlənilən qarşılaşma Moskvada oynanılacaq. Burada yerli “Spartak” İstanbulun “Fənərbaxça” klubunu qəbul edəcək.
Oyun Türkiyənin “Star” TV, Rusiyanın NTV kanalları vasitəsilə canlı yayımlanacaq.
21.00. “Spartak” (Rusiya) – “Fənərbaxça” (Türkiyə)
23.45. “Bazel” (İsveçrə) – “Kluj” (Rumıniya)
23.45. “Kpenhagen” (Danimarka) – “Lill” (Fransa)
23.45. “Helsinqborq” (İsveç) – “Seltik” (Şotlandiya)
23.45. “Borussiya” ( Münhünqladbax, Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna)