Amerikalı general Qafqazı qaynar bölgə adlandırdı

Mark Herrtlinq:“Bölgədəki etnik gərginliklər ərazi mübahisələrinə rəvac verir”

Amerikanın hərbi dairələrə yaxın “Foreign Policy” jurnalı general Mark Hertlinqin Qafqaza və Türkiyəyə səfərinin yekunları ilə bağlı məqaləsini dərc edib. General yazır ki, Qafqaz Avropa və Yaxın Şərq arasında tarixi münaqişə zonasıdır. Etnik gərginlik əvvəlkitək ərazi mübahisələrinə rəvac verir, daxildəki köçkün sakinlər güclü diaspora çevrilir, azlıq isə neft sayəsində bir zamanlar ümidsiz yoxsulluq yeri olan regionda varlanır.

“ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ ətrafında münaqişənin siyasi həllinə nail olmaq üçün səy göstərsə də, həm Ermənistan, həm də Azərbaycan siyasi qərarın olmaması səbəbindən narahatdır. Hər iki tərəfin hərbi liderləri qürurla və əsassız şəkildə bəyan edirlər ki, münaqişəni tez bir zamanda həll edə bilərlər. Region üç tərəfdən – Türkiyə, İran və Rusiya tərəfdən əhatə olunub və bu amillər də vəziyyətə ciddi təsir göstərir”,- deyə Mark Hertlinq yazıb.

General qeyd edir ki, Qafqazın coğrafi, mədəni və siyasi əhəmiyyəti təkcə Azərbaycana, Gürcüstana və Ermənistana deyil, həm də regionun hüdudlarından kənardakı ölkələrə böyük təsir göstərir. ABŞ-ın Qafqazda rolu və daimi dəstəyinin önəmi regional və qlobal təhlükəsizlik baxımından münaqişələrin dinc nizamlanması, sabitliyin saxlanması üçün çox böyük olacaq.