Dünya gənc qızların həbsini siyasi sifariş hesab edir
Rusiyada “Pussy Riot” rok qrupu üzvlərinin həbsinə dair qərar beynəlxalq ictimaiyyətin etirazına səbəb olub. ABŞ, Avropa ölkələri və beynəlxalq hüquq müdafiə təşkilatlarının fəalları gənc qızların barəsindəki iki illik həbs hökmünü pisləyib.
Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton hökmün siyasi motivlərə əsaslandığını vurğulayaraq, bunu müxalifətin susdurulması cəhdi kimi qiymətləndirib.
“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı qrupun üzvü olan fəal qızları “vicdan məhbusu” adlandırıb.
Rusiyanın Pravoslav kilsəsi isə hökuməti qanun çərçivəsində “Pussy Riot”çuları əfv etməyə çağırıb.
Ölkədə keçirilən rəy sorğularının nəticələrinə görə, respondentlərin 77 faizi məhkəmənin hökmünü qəbuledilməz adlandırıb.
Xatırladaq ki, prezident Vladimir Putini məsxərəyə qoyan siyasi mahnı ifa etməklə xuliqanlıqda ittiham edilən üç müğənni qadınla bağlı məhkəmənin hökmü srağagün açıqlanıb. Musiqiçi qızların hər biri 2 il azadlıqdan məhrum edilib.