Bu gün Rusiya Federasiyasına daxil İnquşetiya Respublikasında polisin dəfni zamanı partlayışda 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
ANS PRESS Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, hadisə bu gün səhər Malqobek rayonunun Saqopşi kəndində baş verib. Regionun təhlükəsizlik şurasının katbi Əhməd Kotiyevin dediyinə görə, partlayışı dəfn mərasiminə qatılmış terrorçu-kamikadze törədib.