narginadasi1

Nargin adası uğrunda məmur savaşı

narginadasi1Strateji obyekti turizm məkanına çevirmək üçün hakimiyyət daxilində qruplar üz-üzə gəlib

Hakimiyyət daxilində Böyük Zirə (Nargin) adası uğrunda savaş gedir. “Yeni Müsavat” qəzeti Nargində həyata keçiriləcək turizm layihəsinin arxasında Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun dayandığını yazıb.
Lakin Paşayevlərin də ada uğrunda mübarizə apardığı bildirilir. Və onlar hazırda “köhnə qvardiya”nın mövqelərini geri almaqla məşğuldur. “Bu xətt tərəflərin Nargin uğrunda da toqquşmalarını zəruri edib. Bu baxımdan, yaxın gələcəkdə vəziyyətin dəyişəcəyi və ölkəmizin gələcək Las-Veqasının Bəylər Əyyubov- Rövnəq Abdullayev tandeminin təmsil etdiyi kürd qruplaşmasının əlindən çıxacağı istisna deyil”, – qəzet yazır.
Oxucuların diqqətinə çatdıraq ki, Elçibəy hakimiyyəti Nargin adasının strateji cəhətdən əhəmiyyətini nəzərə alaraq oranı mülki məqsədlərlə istifadə olunmasını məqsədəuyğun saymayıb. Bu barədə Rəhim Qazıyev mətbuata açıqlamasında deyib: “Əbülfəz Elçibəy məni yanına çağırdı və dedi ki, xahiş edirəm adanı mülki məqsədlərlə istifadə olunmasına razılıq ver. Mən təəccüblə ona dedim ki, siz Ali Baş Komandansız, mənə xahiş yox, əmr etməlisiniz. Sonra Bakı buxtasının xəritəsini açdım və hər şeyi ona izah elədim. Dedim ki, Xəzəryanı dövlətlərin hər biri bizim üçün potensial düşməndir. Buna görə də bizim müdafiə qüdrətimiz olmalıdır. Müdafiə qüdrətini gücləndirməkdən, ilk növbədə, Sumqayıtdakı strateji əhəmiyətli, çox təhlükəli obyektlər üçün Nargindən hərbi məqsədlə istifadəsi vacibdir. Ona görə də bu məsələ elə Elçibəyin kabinetində qapandı”, – deyə Rəhim Qazıyev əlavə edib.