aydin eliyev

Aydın Əliyev təşviş içində

aydin eliyevGömrük şefi “nüvə əməliyyatı”nın qurbanı olacağından narahatdır

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin başı dərddədir. Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, Aydın Əliyev Irana nüvə hissələrinin keçirilməsi ilə bağlı Almaniya prokurorluğunun araşdırığı cinayət işindən narahatdır.
Xatırladaq ki, Almaniya prokurorluğu Irana nüvə silahı hazırlanması üçün qanunsuz olaraq hissələr keçirmiş dörd alman vətəndaşını həbs edib. Bu məlumatı “BBC”i yayıb. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Markus Keller bildirib ki, məhz saxlanılanların 2010 və 2011-ci illərdə Iranda nüvə reaktorunun tikintisi zamanı gərəkli olan klapanları keçirdiyi iddia olunur. Dəyəri bir neçə miylon avro olan qanunsuz alqı-satqı əməliyyatında Azərbaycan və Türkiyədəki saxta kampaniyaların adlarından istifadə olunub.
Almaniya prokurorluğu həmin nüvə hissələrinin Azərbaycandan keçirilib-keçirilmədiyini də ciddi şəkildə araşdırır. Əgər bəlli olsa ki, nüvə hissələri Irana Azərbaycandan keçirilib, bu YAP iqtidarı üçün ciddi başağrısına səbəb olacaq.
Mənbənin sözlərinə görə, Aydın Əliyevin narahatlığı da elə bundadır. Gömrük komitəsi ehtiyat edir ki, ölkə rəhbərliyi bu məsələ ilə bağlı onu qurban verə bilər. Nəzərə alsaq ki, Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevə məxsus “Royal Bank”ın Iranla ciddi ilişgiləri ortaya çıxandan sonra Azərbaycan rəhbərliyinə ciddi təzyiqlər oldu və ölkə başçısı  hətta əmisi oğluna güzəştə getməyərək, ona məxsus bankı qapatdı, o halda Aydın Əliyevin narahatlığı başadüşüləndir. Yəni, əmisi oğluna güzəştə getməyən Ilham Əliyev gömrük bossunu daha asan şəkildə qurban verə bilər.

Hikmət