“Hizbullah” yenə Israili vurmaqla hədələdi
Iran prezidenti Mahmud Əhmədinejadın Israil əleyhinə hədələyici bəyanatı ABŞ və BMT-nin etirazına səbəb olub. ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Tomi Vitor Əhmədinejadın Israil əleyhinə çıxışını “separatçı və düşməncə hərəkət” kimi dəyərləndirib. O bildirib ki, Vaşinqton Iranın yüksək səviyyəli rəsmisinin bu addımını kəskin şəkildə qınayır.
BMT baş katibi Pan Gi Mun da Iranın ali dini lideri, ayətullah Əli Xamneyi və prezident Mahmud Əhmədinejadın Israilə qarşı sərt tənqidi fikirlər səsləndirmələrinə etiraz bəyanatı yayıb. Sənəddə Iran rəsmilərinin Israilə qarşı hədə dolu bəyanatlarından narahatlıq ifadə olunub. BMT baş katibi ali dini lideri və prezidenti bu cür hədələrdən çəkinməyə çağırıb.
Tehran rejiminin maliyyə və hərbi dəstək verdiyi “Hizbullah” terror təşkilatının lideri Şeyx Həsən Nəsrullah bildirib ki, Irana hücum edəcəyi təqdirdə Israil raket hücumuna məruz qalacaq: “Biz işğal olunmuş Fələstin torpaqlarında milyonlarla fələstinlinin həyatını əsl cəhənnəmə çevirə bilərik”.