Əsədin kosmonavt generalı müxaliflərə qoşuldu

Əhməd Faris Suriyadakı rejimə qalib gələcəklərinə inandığını dedi

Sovet İttifaqının kosmosa göndərdiyi kosmonavtların arasında yer alan ilk suriyalı olaraq tarixə düşən general Məhəmməd Əhməd Faris də müxaliflərin tərəfinə keçib. Hərbi pilot olan general Faris 10 gün əvvəl Türkiyəyə sığınmış suriyalı generallardan biriydi.

“Reuters” agentliyinə açıqlama verən general bir neçə ay əvvəl tərəf dəyişdirməyə qərar verdiyini deyib. Nəzarət altında olduğunundan qərarını indi açıqlayıb. General Əhməd Faris səkkiz aylıq körpənin süngü ilə vurulduğunu gördükdən sonra səbr kasasının tükəndiyini bildirib. O, dünyanı suriyalıların ölümünə səssiz qalmamağa çağıran pilot general Əsəd rejiminə qalib gələcəklərinə inandığını söyləyib.