Əsəd əleyhdarları Londonda Rusiya səfirliyinə hücum edib

Suriya müxalifətinin tərəfdarları iki gecə dalbadal Londondakı Rusiya səfirliyinə hücum ediblər. Səfirliyi daşa basan aksiyaçılar Rusiya və Suriya rejimlərinə qarşı şüarlar səsləndiriblər. Bu barədə “Azadlıq” radiosunun rus bölməsi xəbər yayıb.

Suriyanın yaxın müttəfiqlərindən olan Rusiya ilə Çin BMT-nin təhlükəsizlik şurasında Suriya rejiminə qarşı qətnamələrə veto qoyurlar.