Azərbaycan höküməti son zamanlar ölkənin sərvətlərini talamağın yəni mərhələsinə qədəm qoyub. Azərbaycanın təbii sərvətləri bunlara azlıq ədirmiş kimi indi də ayrı- ayrı sahibkarlara məxsus əmlakın zorakı yollarla onların əlindən alınması prosəsi getməkdədir. Bir qrup adam Azərbaycan sahibkarlarının qəniminə çəvrilərək, guya özbaşına olaraq, əslində isə dövlətə rəhbərlik ədən şəxslərin adından və məhz, dövlət rəhbərlərinin onlara verdiyi qanunsuz imtiyazlardan yararlanaraq sahibkarlara divan tutmağa, onların illər uzunu min zəhmət və əziyyət hesabına yaratdığı iş yerlərini və obyəktləri onların əlindən almaqla məşğuldurlar. Ölkə mətbuatı bu zorakı mənimsəmələrlə bağlı olduqca dəhşətli xəbərlər yaymaqdadırlar. Bu günlərdə Zülfüqarlı qardaşlarına məxsus olan metaləritmə zavodunda sanki əsl vətəndaş savaşı gədir. Sahibkarlar öz obyəktlərini düşməndən qoruyurmuş kimi müdafiə olunmağa, könüllü müdafiəçələr həsabına hətta gecə növbələri təşkil etməyə məcbur olublar. Bütün bu hadisələr isə həm hüquq mühafizə orqanlarının, həm də ölkəyə siyasi rəhbərliyi həyata kəçirdiyini iddia ədən zümrənin məlumatı çərçivəsində və gözləri qarşısında baş vərir.
AXCP Mətbuat Xidməti