İranda yenə zəlzələ oldu

İranda yenidən zəlzələ baş verib. Bu dəfə Tehran vilayətində 3.8 bal gücündə olan zəlzələ Bumhən şəhərində qeydə alınıb. Dağıntıların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur. Bumhəndə baş verən zəlzələ qonşu şəhərlərdə də hiss edilib. Təşvişə düşən əhali bayıra çıxıblar və evlərinə girməyə isə qorxurlar. Bumhən şəhəri Tehranın şimal-şərqində yerləşir və əhalisi 40 min nəfərdir.