QOÇ
Günün əvvəlində gücünüz çoxalacaq, istedad və qabiliyyətinizi göstərmək üçün geniş meydan açılacaq. Bundan istifadə etməyiniz məsləhətdir. Ulduzlar bildirir ki, bu gün hər sözə ciddi reaksiya verməyin.
BUĞA
Daxili gücünüz, zahiri cazibəniz artacaq. Hər yerdə arzulanan adam olacaqsınız. Özünüzdən razı olmayın. Bu, sizin hörmətinizi azalda bilər. Münasibətlərdən düzgün istifadə etsəniz, maddi durumunuz yaxşılaşacaq.
ƏKIZLƏR
Səhvləriniz ucbatından dolaşığa düşmüş vəziyyəti, münasibətləri bərpa etməlisiniz. Fəaliyyətinizin sonrakı inkişafı məhz bu münasibətlərin axarlı olmasından asılıdır. Günün uğurlu məqamlarını qaçırmayın.
XƏRÇƏNG
Nəzərdə tutduqlarınızı həyata keçirmək üçün günün ikinci yarısında daha geniş imkanlarınız olacaq. Gününüzü boş yerə sərf etməyin. Vacib məqamlarda tərslik edib uğursuzluğu artırmayın. Səhhətinizdən muğayat olun.
ŞIR
Günün ikinci yarısı səhhətinizdən şikayətiniz olacaq. Əsəbiləşməyin. Sizə xoş olmayan məqamlarda belə, mövqeyinizi dəqiq söyləməyin. Bütün əsas işlərinizi günün birinci yarısında görüb qurtarmağı bacarın. Kobud ifadələrlə yaxınlarınızı özünüzdən uzaqlaşdırmayın.
QIZ
Gün başlanandan işlərin dolaşığa düşməsi sizi narahat edəcək. Özünüzə məxsus diplomatiya və dözümlə gücünüzü çox israf etmədən istədiyinizə çatacaqsınız. Gün, sizin üçün ümumilikdə uğurludur.
TƏRƏZI
Heç kəsin qeybətini etməyin. Unutmayın ki, haqqında pis dediyiniz adama sözləriniz daha ağır şəkildə təsir edəcək. Bu da imicinizə xələl gətirər. Günün uğurlu situasiyalarını qaçırmayın.
ƏQRƏB
Günün ilk yarısında heç bir ciddi məsələni həyata keçirməyi planlaşdırmayın. Bu vaxt ərzində ancaq cari işlərinizlə məşğul olun. Sonra isə öz gücünüzlə vacib problemlərin yüksək səviyyədə həllinə nail olacaqsınız. Əsəblərinizi çox israf etməsəniz, səhhətinizə ziyan vurmazsınız.
OXATAN
Nəzərdə tutduğunuz bir sıra əlçatan məsələlər istədiyiniz kimi alınmır. Buna səbəb öz fikirlərinizə həddindən artıq aludə olmağınızdadır. Çox tələbkar olmayın, ətrafdakılarla yola gedin.
OĞLAQ
Günün birinci yarısında işlərinizdə böyük uğurlar olacaq. Ağlınızı səfərbər edib uğurları əldən buraxmayın. Maliyyə vəziyyətinin yaxşılaşması gözlənilir. Sevgidə sizə həsəd aparanlar çoxalacaq. Günün ikinci yarısında diqqətli, dözümlü və mülayim olmağınız tələb olunur.
DOLÇA
Işiniz başınızdan aşacaq. Günün sonunda işlərinizdə dönüş hiss olunacaq. Sizi sevənlərin sayı artacaq. Unutmayın ki, bu ərəfədə az səhv buraxmağınız bütün gün boyu rahatlığınıza səbəb olacaq. Köhnə əlaqələrin bərpası mümkündür.
BALIQLAR
Bu gün şəxsi həyatınızda dəyişikliklər baş verə bilər. Çalışqanlığınız, fədakarlığınız nüfuzunuza müsbət təsir göstərəcək. Səhhətinizdən muğayat olun. Xüsusilə günün birinci yarısında çalışın ki, xəstələnməyəsiniz. Maddi vəziyyətinizi düzəltmək o qədər də asan olmayacaq.

Günün ulduz falı (19.08.12)
•