“Ukraynada demokratik vəziyyət və qanunun aliliyi sual altındadır”
ABŞ Ukraynanın sabiq daxili işlər naziri Yuri Lutçenkonun məhkəmə hökmünün siyasi motivlərə əsaslandığını bildirərək, bunu müxalifət üzvlərlərinin cəzalandırılması kimi qiymətləndirib. ABŞ-ın Kiyevdəki səfirliyinin bəyanatında deyilir ki, Lutçenko və onun yaxın müttəfiqi Yuliya Timoşenkonun həbsi Ukraynada demokratik vəziyyət və qanunun aliliyini sual altına alır.
Xatırladaq ki, Kiyev məhkəməsi Yuri Lutçenkonu anti-korrupsiya təftişləri müddətinin uzadılmasında günahlandırıb. O, iki il müddətinə azadlıqdan məhrum edilsə də, dövlət pullarının mənimsənilməsi və vəzifəsindən sui-istifadə ittihamları ilə artıq 4 il həbs cəzası çəkdiyi üçün hökm qüvvəsini itirib.