Hadisə Naxçıvandakı hərbi hissədə baş verib
Azərbaycan Ordusunda faciəli hadisə baş verib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qeydə alınıb.
Ordumuzun əsgəri, 24 yaşlı Samir Malik oğlu Adıgözəlov dağdan sürüşərək yıxılıb. Nəticədə ağır xəsarət alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib. Əsgərin vəziyyəti stabil-ağır qiymətləndirilir. Qeyd edək ki, S. Adıgözəlov Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.