Kəmaləddin Heydərovun “gömrük savaşı”

{limage}k_heyderov2.jpg{/limage}

“Fövqəlnazir” İlham Əliyevdən niyə incik düşüb?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov arasında ziddiyyətlər yenidən alovlanıb. Bunun kökündə isə Naxçıvan gömrüyünün Dövlət Gömrük Komitəsinin strukurundan çıxarılması dayanır. Doğrudur, Ilham Əliyev bununla bağlı iyunun 4-də fərman verib. Lakin sən demə, Kəmaləddin Heydərov ölkə başçısının bu fərmanından ciddi narazı imiş.
Əgər əvvəllər o bu narazılığını gizlədirdisə, artıq açıq şəkildə bu barədə danışır. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, Kəmaləddin Heydərovun narazılığı Vasif Talıbovun hiddətinə səbəbinə olub. Onsuz da “fövqəlnazir”lə münasibətləri kəskin olan “xan” indi Kəmaləddin Heydərova lap düşmən gözü ilə baxır.
Məlumat üçün deyək ki, Kəmaləddin Heydərov Vasif Talıbovla bir neçə dəfə toqquşub. “Fövqəlnazir” Naxçıvanda tikinti biznesilə məşğul olmaq istəyərkən Vasif Talıbovun maneəsi üzləşib. Daha sonra “xan” Kəmaləddin Heydərovun “Jalə” şirələrinə qarşı “Gəmiqaya” firmasının istehsal etdiyi şirin suları çıxarıb. Və bazarda “Jalə”nin sıxışdırılmasına başlanılıb. Kəmaləddin Heydərov isə bütün bunların əvəzində Naxçıvana yanacaq daşınmasının qarşısını alıb. Bununla Muxtar Respublikada yanacaq krizi yaranmışdı. O zaman Naxçıvana yanacaq daşıyan sürücülər açıq şəkildə bildirirdilər ki, onlara qadağanı Dövlət Gömrük Komtitəsi tətbiq edib. Bu qurumun isə Kəmaləddin Heydərovun nəzarətində olması yeni xəbər deyil.
Bəzi məlumatlara görə, Ilham Əliyev də məhz elə bu səbəbdən Naxçıvan gömrüyünü DGK-nın strukturundan çıxarılmasına qərar verib. Lakin görünən odur ki, ölkə başçısı bununla ziddiyyətləri daha da alovlandırıb.

 

Hikmət