TŞ mandatın uzadılmamasına qərar verib
BMT Təhlükəsizlik Şurası Suriyadakı müşahidə missiyasının mandatının uzadılmamasına qərar verib. Əlavə edək ki, missiyanın səlahiyyət müddəti avqustun 19-da bitir. Bunun yerinə TŞ Suriyada BMT-nin Koordinasiya bürosunun yaradılmasına qərar verib.
Atəşkəsə riayət olunması üzrə BMT-nin müşahidə missiyasının bağlanılması Suriyadakı münaqişənin nizamlanması yolunda tərəqqiyə nail olmaması ilə bağlıdır.
Yaxın vaxtlarda missiyanın bütün üzvləri Suriyadan çıxarılacaq.