Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın

Avqustun 16-da saat 21 radələrinda Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında yanğın baş verib. “Publika.az”ın yaydığı məlumata görə, yanğının başladığı ilk dəqiqələrdə binanın mühafizə xidmətinin əməkdaşları alovu söndürməyə çalışıb. Amma onların cəhdləri nəticəsiz qalıb və üç əməkdaş xəsarət alıb.
Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını gəlib. Bundan sonra yanğının qarşısını almaq mümkün olub.

Yanğının sayğaclardakı qısaqapanma nəticəsində baş verdiyi bildirilib.