AZAD sədri Morninqstarla görüşüb

ABŞ-da yaşayan həmreylilərimizin yaratdığı Amerika Azərbaycanlıları Demokratiya uğrunda (AZAD) təşkilatının sədri Elmar Şaxtaxtinski Vaşinqtonda ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Riçard Morninqstarla görüşüb. Bu barədə “azerireport.com” saytına açıqlama verən Şaxtaxtınski bildirib ki, görüş zamanı ABŞ-Azərbaycan əlaqələri, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.

AZAD sədrinin sözlərinə görə, amerikalı diplomat ABŞ-ın Azərbaycanda demokratiya və insan haqları sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Morninqstar səfir kimi üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini deyib.