İngiltərənin Culian Assancın sığındığı Ekvadorun Londondakı səfirliyinə hücum edəcəyi bildirilir
İngiltərənin qalmaqallı “Wikileaks” saytının qurucusu Culian Assancın sığındığı Ekvadorun Londondakı səfirliyinə basqın edəcəyinə dair təhdid yağırdığı barədə xəbərlər yayılıb. Ekvadorun xarici işlər naziri Rikardo Patino Assancın təhvil verilməyəcəyi təqdirdə Ekvadorun Londondakı səfirliyinə hücum təşkil edəcəyiylə bağlı Britaniyadan gələn təhdid məktubu aldıqlarını söyləyib.
Təhdid məktubunun Xarici İşlər Nazirliyinə yazılı şəkildə verildiyini deyən Patino eyni zamanda məktubun Londondakı Ekvador səfirinə şifahi olaraq çatdırıldığını da bildirib. Nazir deyib ki, Ekvador İngiltərənin rəsmi mesajındakı açıq təhdidi rədd edir. O, ölkəsinin Assancın siyasi sığınacaq müraciətinə cavabın bu gün veriləcəyini söyləyib.
Patinonun açıqlamalarından sonra Londondakı məşhur “Harrods” mağazası yaxınlığında yerləşən Ekvador səfirliyinin ətrafındakı polislərin sayı artırılıb. İngiltərə Xarici İşlər Nazirliyindən də yazılı açıqlama yayılıb. Açıqlamada bildirilir ki, rəsmi Londonun Assancın təhvil alınmasıyla bağlı məsuliyyət daşıyır. Nazirlik problemin birgə həllinə üstünlük verdiyini bildirib.