Iranda həbsdə saxlanılan Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadənin valideynləri və doğmaları onların məhkəmə işinin hakimi ilə görüşüblər.
Bu barədə APA-ya Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. Görüşdə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndəsi də iştirak edib. Hakim şairlərin yaxınlarına bildirib ki, iş üzrə dəqiqləşdirmələr aparılır, lakin məhkəmə qərarının veriləcəyi gün hələlik məlum deyil. Yaxınları Fərid Hüseyn və Şəhriyar Hacızadənin özləri ilə də görüşüblər. Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə Irana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar.