ulduz fali

Günün ulduz falı (16.08.12)

QOÇ
Gün çoxlu yeni görüşlər və yeni təəssüratlar gətirəcək. Iş həyatınız kifayət qədər dolu olacaq, amma bu o demək deyil ki, istirahəti unutmalısınız. Əksinə, imkan düşdükcə əylənməlisiniz. Kinoya və teatra gedə bilərsiniz. Bu, həmkar və dostlarınızla əla vaxt keçirməyinizə səbəb olacaq.
BUĞA
Bu gün sizin üçün şən və sevgi dolu keçəcək. Amma iş barəsində də unutmaq olmaz. Əgər tənbəllik etmədən çalışsanız, günün sonunda mükafat alacaq və ya tərifə layiq görüləcəksiniz. Istirahət etmək imkanı da olacaq. Günün əvvəli iş yerində çox maraqlı hadisələrlə qarşılaşacaqsınız.
ƏKIZLƏR
Bu gün istənilən fiziki yüklənmədən uzaq durmaq məsləhətdir. Ən yaxşısı bir az işə ara vermək və istirahət etməkdir. Əks halda sağlığınızla bağlı ciddi problemlər yarana bilər. Maddi problemlərinizin olması gözlənilmir.
XƏRÇƏNG
Sakit və müntəzəm həyat tərziniz ciddi sınaqlara məruz qalacaq. Belə ki, qızğın surətdə inkişaf edən romantik münasibətlər sakitliyinizi pozacaq. Belə olan halda fikrinizi işdə cəmləmək də çətin olacaq. Yalnız bu yolla ciddi maddi sıxıntılardan qurtula bilərsiniz.
ŞIR
Bu gün peşəkar qayğılar sizi rahat buraxmayacaq. Amma işdə hökm sürən çətinliklər və xoşa gəlməyən hallara görə üzülməyə dəyməz. Bilin ki, evdə hər zaman sizi yaxınlarınızın sevgi və qayğısı gözləyir. Sevgi sahəsində vəziyyət sabit qalacaq.
QIZ
Gün sizin üçün peşəkar fəaliyyət və şəxsi həyatınız arasında tam ahəngdarlıqla keçəcək. Bürcünüzə xas xüsusiyyətlərdən biri insanlara təsir etmə bacarığınızdır. Bu gün həmin bacarığınızdan istədiyiniz qədər məharətlə istifadə edə bilərsiniz.
TƏRƏZI
Günün olayları sizə əla əhval-ruhiyyə bəxş edəcək. Sizi yeni hisslər və unudulmaz təəssüratlar gözləyir. Bütün gün boyu hər tərəfdən diqqət və qayğı ilə əhatə olunacaqsınız. Dostlarınızın dəstəyinə həmişə arxalana bilərsiniz.
ƏQRƏB
Bu gün dəvət aldığınız qonaqlıqlar sizə çoxlu yeni tanışlıqlar qazandıracaq. Uğurlu tanışlıqlar karyeranıza da müsbət təsir göstərəcək. Şəxsi həyatınızda problemlər gözlənilir, həmçinin sağlığınızla bağlı narahatlıqlar yaranacaq. Amma bunlar ötəri problemlərdir.
OXATAN
Oxatanlar bu gün karyerada inanılmaz uğurlar əldə edəcəklər. Axır ki, müdiriyyət sizi layiqincə qiymətləndirəcək. Odur ki, məvacibinizin artırılması məsələsini rahat müzakirə edə bilərsiniz. Çox güman ki, nəticə müsbət olacaq. Amma nəzərə alın ki, bundan sonra daha gərgin işləməlisiniz.
OĞLAQ
Romantik çərçivədə vəziyyət dəyişilməz qalacaq. Odur ki, çoxdan başlı-başına buraxdığınız işinizə vaxt ayıra bilərsiniz. Bu gün başqa vaxtlarla müqayisədə nə istədiyinizi daha yaxşı müəyyənləşdirəcəksiniz. Bundan sonra isə hərəkətə keçmək asan olacaq.
DOLÇA
Ailə münaqişələri gözlənilir. Hər şeyi normasına salmaq üçün xeyli əmək sərf etməlisiniz. Ən əsası isə əsəblərinizi cilovlamağınızdır. Sonradan peşman olacağınız hərəkəti etməyin, sözlərinizə də diqqət yetirin. Işdəki atmosferin sakit və dəyişilməz olması sizi məmnun edəcək.
BALIQLAR
Bu gün sizin üçün elə sürətli keçəcək ki, işlərinizi çatdırmaq üçün cəld hərəkət etməlisiniz. Yaxşısı budur bütün şəxsi və işgüzar məsələlərinizi əvvəlcədən planlaşdırasınız, yoxsa işlərin öhdəsindən gəlmək mümkün olmayacaq. Bu günün işini isə sabaha qoymağınız məsləhət deyil.