Ziya Məmmədovun taksi aldığı şirkət ziyana düşüb

“Manganese Bronze” bu ilin ilk 6 ayını 3,9 milyon funt-sterlinq itkiylə başa vurub

Azərbaycan Nəqliyyat Nazirliyinin ötən ildən başlayaraq Bakıya London takisləri gətirməsi barədə xəbər verilib. Nazirliyin “Manganese Bronze” şirkətindən sifariş etdiyi taksilər müəyyən narazılıqlar yaratsa da, maşınların ikinci və üçüncü partiyası da ölkəyə gətirildi. Britaniya mediası dəfələrlə Azərbaycan tərəfinin sifarişlərinin “Manganese Bronze” şirkətini müflis olmaqdan xilas etdiyini yazırdı.

Bir neçə gün öncə başa çatan XXX London Yay Olimpiya Oyunlarını izləmək üçün Britaniya paytaxtına gələn turistlərin də mütəmadi istifadə etdiyi taksilər ətrafında yeni qalmaqal yaranıb. Londondakı taksilər yaxşı qazanc əldə etsə də, maşınların istehsalçısı “Manganese Bronze” şirkəti ilk 6 ayı 3,9 milyon funt-sterlinq itki ilə başa vurub. Şirkətin aksiyaları isə sürətlə aşağı enməyə başlayıb.
Xatırladaq ki, “Manganese Bronze” şirkəti tez-tez maliyyə uğursuzluqları ilə üzləşir. Hələ bu ilin əvvəllərində Azərbaycanın ilkin sifaiş verdiyi 1000 taksi hesabına şirkət müflis olmaqdan yayına bilmişdi. Buna baxmayarq şirkət 2011-ci ili 2,6 milyon funt-sterlinq itkiylə başa vurmuşdu.