Zeynal Bağırzadəni Naxçıvandan zorla qovurlar

AXCP fəalının təsərrüfatını dağıdır, özünə isə “Naxçıvandan çıx get” deyirlər

“Bizə basqılar davam edir. İndi Zeynal Bağırzadəyə məxsus torpaq sahəsinə hücum edilib. Məhsul verən torpaq sahəsini şumlayırlar. Deyirlər ki, buradan getməlisiniz. Bu gün səhər saat 7-8 radələrində icra hakimiyyətinin göstərişi ilə polis qapımızı kəsib”. Bu sözləri “Azadlıq”a Zeynal Bağırzadənin qardaşı, AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırzadə deyib. Onun sözlərinə görə, bu gün YAP-ın Naxçıvan MR Babək rayon şöbəsinin sədri, bələdiyyə sədri, rayon idman məktəbinin direktoru AXCP fəalı olan Zeynala Naxçıvanı tərk etməyi “məsləhət” görüblər: “İndi məhsul verən hissəni şumladılar. Bir azdan mal-heyvan üçün tikilən tövləni uçurdacaqlar. Zeynala da deyiblər ki, Naxçıvandan çıx get, Yaşar isə buralara gəlməsin. Gəlsə, onun üçün çox pis olacaq”.

Ramin