Ukraynanın eks prezidenti Viktor Yuşşenkonun katibliyinin keçmiş rəhbəri Oleq Rıbaçuk maraqlı fakt açıqlayıb. Onun sözlərinə görə, Ukrayna prezidenti Viktor Yanukoviç hazırda həbsdə saxlanılan keçmiş baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılması müqabilində Almaniya kansleri Angela Merkeldən 7 milyard dollar istəyib. Rıbaçuk Yanukoviçin dünyadakı imicinin getdikcə pisləşdiyini söyləyib.
Yanukoviçin Merkeldən pul istəməsindən danışan Rıbaçuk deyib ki, ətrafındakılar Ukraynda prezidentini Yuliya Timoşenkonun 15 milyard avronu Avropa banklarına yerləşdirdiyinə inandırıb. Yanukoviç isə eks baş nazirin azadlığa buraxılması üçün ondan 15 milyardın yarısını istəyir. Prezident Almaniya kanslerinə məbləğin yarısı ödəniləcəyi təqdirdə Timoşenkonu dərhal azad edəcəyinə söz verib.