Səudiyyə kralının adı rüşvət qalmaqalında

Avropa Aerokosmik konserninin filialı kral ailəsinə külli miqdarda pul verməkdə şübhəli bilinir

Böyük Britaniyanın iri maliyə maxinasiyalarını araşdıran təhqiqat bürosunda Avropa Aerokosmik konserninin korrupsiya qalmaqalı məsələsini nəzərdən keçirir. İEYDS konserninin “Cipiti” filialı 3 milyard dollarlıq müqaviləyə yiyələnmək məqsədilə Səudiyyə Ərəbstanı hökümətinə iri məbləğdə rüşvət verməkdə şübhəli bilinir.

İstintaq məlumatlarına əsasən, çirkli pullar Kayman adalarındakı bank hesablarına köçürülüb. Bundan başqa kral ailəsinə bahalı maşın, bəzək əşyalarından ibarət hədiyyələr edilib. Britaniya kütləvi informasiya vasitələri istintaqın yeni başlanmasına baxmayaraq, şirkət əməkdaşlarından birinin korrupsiya faktı haqqında məlumatın hələ beş il əvvəl İEYDS rəhbərliyinə çatdırdığını yazıb.

Qeyd edək ki, xüsusi layihə menecmenti şirkəti olan “Cipiti” kral ailəsinin mühafizəsinə cavabdeh olan Milli Qvardiyanı kommunikasiya və intranet xidmətləri ilə təchiz edir.