İrandan Əliyevə mesaj?

Ekspertlər prezidentin Ramazan qəbuluna İran səfirliyinin qatılmamasını iki ölkə arasındakı gərginliklə izah edir

Ölkə başçısı Ilham Əliyevin Ramazan bayramı münasibətilə Islam dövlətlərinin diplomatları üçün keçirdiyi qəbulda İran səfirliyinin nümayəndəsinin iştirak etməməsi diqqətdən kənarda qalmayıb. Artıq İran səfirliyi məsələyə aydınlıq gətirib.
Lakin ərsmi izahata baxmayaraq, İran səfirinin görüşə qatılmamasının başqa səbəbi də ola bilər. Bunu uzun müddətdir iki ölkə arsında münasibətlərin gərginliyi ilə də izah etmək olardı. Ancaq son günlər bu gərginlikdə müəyyən yumşalma hiss olunur. Belə bir məqamda İran səfirliyinin bu addımı bir qədər anlaşılmazdır. Lakin ekspertlər əsas səbəb kimi ikitərəfli münasibətlərdəki durumu göstərir.
Konfliktoloq Elxan Mehdiyev səfirliyin addımının ikitərəfli münasibətlərin səviyyəsindən xəbər verdiyini deyir. İndiki halda bu, ikitərəfli münasibətləri əks etdirən bir məqamdır.
Politoloq Razi Nurullayev İranla Azərbaycan arasındakı gərginlikdə müəyyən yumşalmanın olduğunu desə də, bunun aradan qalxmadığını bildirdi. Çünki tərəflər mövqeyindən çəkilməyib və yumşalma ictimai rəyə hesablanıb. Görünür, bu səbəbdən də İran tərəfi səfirə Ilham Əliyevin Ramazan bayramı ilə bağlı təşkil etdiyi görüşə getməməyi tapşırıb.
Ekspertin sözlərinə görə, İranla Azərbaycan arasında münaqişələrin kökündə əsasən islam faktoru dayanırdı. İran islamçıların təqib olunması, Islam partiyasının sədr müavinin həbsxanada ölməsi, hicabla bağlı ciddi problemlər yaşanmasında özünə qarşı təzyiq gördü. Bu səbəbdən də səfirin addımı bir mesajdı ki, biz islam dininə qarşı mübarizə aparan, islamın Azərbaycanda möhkəmlənməsinin qarşısı alan, islamçılara qarşı mübarizə aparan bir prezidentin iftar süfrəsində oturmaq istəmirik.

Fizzə