Marsa bu günə qədərki ən müasir “robot laboratoriyası”nı endirən ABŞ Kosmik Agentliyinin (NASA) rəhbərliyiylə telefon əlaqəsi saxlayaraq onları təbrik edən prezident Barak Obama zarafat etməyi də unutmayıb. O, NASA rəhbərlərinə “Mikrob olsalar da, Marslı tapan kimi dərhal mənə xəbər verin” deyib.
Prezident təyyarəsi “Air Force One”dan NASA-nın Kaliforniyadakı reaktiv laboratoriyasınə zəng vuran Obama “Curiosity” cihazının Marsa enməsini ABŞ-ın tarixi uğuru adlandırıb:“Amerika bacarığının və yaradıcılığının nümunəsi oldunuz. Bu həqiqətən böyük bir müvəffəqiyyət”.