PKK-nın qaçırdığı deputat azad olundu (FOTOLAR)

Hüseyn Aygün terrorçularla keçirdiyi 48 saatı anlatdı

Türkiyədə PKK silahlılarının qaçırdığı CHP-nin Tuncelidən olan millət vəkili Hüseyn Aygün 48 saat sonra azad edilib. PKK-çılar onu oğurladıqları yerə 10 kilometr qalmış gətirərək sərbəst buraxıblar.
Terrorçularla birlikdə keçirdiyi 48 saatı izah edən Aygün “Dağda keçirdiyim vaxt mənim üçün çətin deyildi. Bilirsiniz, mən dözümlü insanam” deyib. Millət vəkili bildirib ki, PKK silahlıları ona qarşı hörmətlə davranıblar. “Təhlükəsizliyim üçün bütün tədbirləri görmüşdülər. Qaçırıldıqdan sonra təxminən 6-7 saat yürüdük və bir dərə boyuna gəldik. Sərbəst buraxıldığım ana qədər dərə sahilində gözlədik”, – deyə Aygün bildirib.
Millət vəkilinin sözlərinə görə terrorçular ona apardıqların mübarizənin mənasız olduğunu bildiklərini deyiblər. Bununla belə, onlar Aygündən CHP-dən çıxaraq müstəqil millət vəkili kimi fəaliyyət göstərməsini istəyiblər. O isə silah altında, təzyiqlə belə bir qərar verməyəcəyini deyib.
“Mənə yönəlik bir təhdid yox idi. Yolumu kəsən qrup məni tanıyırdı. Mənə silah işlətməyəcəklərini söylədilər. Müqavimət göstərə bilərdim. İnanmıram ki, silah işlədərdilər. Ancaq arxadan gələn avtomobillər çoxalınca kimsənin can təhlükəsizliyini təhdid altına salmamaq üçü könüllü getdim. 6-7 saat yol getdik. Dost olduğum Dersim dağlarında qaldıq.
Ankaranın, Dersim xalqının reaksiyalarının sərbəst buraxılmamı tezləşdirdiyini düşünürəm. Davamlı olaraq Bahoz Erdalla müzakirə edirdilər. Bahoz qaçırıldığım üçün qrupa acıqlandı. Məni qaçıran 6-7 gənc idi. “Ankaraya sülh və atəşkəs mesajı vermək üçün hərəkəti etdik” dedilər. Evə dönmək istəyirlər. Kaş ki bu cəmiyyətdə yer alardıla, universitet oxuyardılar. Sərbəst buraxarkən mənimlə qucaqlaşdılar, “Bu qardaşlarını unutma, abi” dedilər. Piyada gəldim, Dersim dağlarını qarış-qarış tanıyıram”.